Azərbaycanda elmi tədqiqat müsabiqələrini maliyyələşdirmək və Azərbaycan elm cəmiyyətinin dəyərlərə əsaslanan ekspert qiymətləndirilməsi prinsipli təlim proqramlarını keçirmək məqsədilə Azərbaycan Milli Elm Fondu (AMEF) adlanan və Birləşmiş Ştatlar və Azərbaycanın elmi tədqiqat və inkişaf icmaları arasında əməkdaşlığı artırmaq və bundan əvvəl hərbi silahların tədqiqi ilə məşğul olan alimlərə alternativ tədqiqat sahələri təmin etmək üçün nəzərdə tutulmuş yenu fərdi, mənfəətsiz fond yaratmaq qərarı verildi.
2002-ci ilin may ayında MTİF və Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə Azərbaycan Ədliyyə Nazirliyi Azərbaycan elm cəmiyyətinə müsabiqə əsasında maliyyə dəstəyi təklif etmək üçün Azərbaycan Milli Elm Fondunu (AMEF) rəsmi surətdə qeydiyyatdan keçirdi. 2002-ci il oktyabr ayının 8-də AMEF öz infrastrukturunu inkişaf etdirmək və əməliyyatlara başlamaq üçün MTİF-dan $50,000 bərabər başlanğıc mükafatı aldı.
Azərbaycanda MTİF, o cümlədən Azərbaycan Milli Elm Fondunun fəaliyyəti Azərbaycana elmi və texniki yardım proqramının bir hissəsi kimi ABŞ Dövlət Departamenti (DD) tərəfindən maliyyələşdirilir.
Hər iki təşkilat aşağıdakı ümumi məqsədlərə əməl etməyə razılaşdı:
- Əvvəllər ancaq silah layihələşdirilməsi və istehsalı ilə məşğul olan alimləri müvəffəqiyyətlə mülki tədqiqat və inkişaf fəaliyyətinə yönəltmək.
- Azərbaycan alimlərinin MTİF proqramlarında iştirakını, o cümlədən, texnologiyalarının kommersiyalaşdırılması sahəsində təlim imkanlarını artırmaq.
- Azərbaycan alimlərinə Azərbaycan daxilində elmi fəaliyyəti davam etdirmək üçün əlavə imkanlar yaratmaq.
- Azərbaycan alimlərinin milki mövzular üzrə birgə əlverişli əməkdaşlığını təmin etmək üçün ABŞ şirkətləri ilə əlaqələr yaradılmasını asanlaşdırmaq








