2002-ci ildən MTİF dəyəri 1.7 milyon ABŞ dollarına çatan 36 ABŞ-Azərbaycan birgə tədqiqat layihələrini dəstəkləmişdir. Bu proqramlar Azərbaycan və Birləşmiş Ştatların standart və tətbiqi tədqiqat icmaları arasında əməkdaşlığı artırır və Azərbaycanda biliyə əsaslanmış iqtisadiyyatın yaranmasını tezləşdirir.
Sosioloji tədqiqat: Tibbi Nəzarət üçün yeni texnologiya
ABŞ-Azərbaycan əməkdaşlığı: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun əməkdaşı Dr. Zirədddin Sadıqov və Texas Universiteti, Dallas-Cənub-qərbi Tibbi Mərkəzinin əməkdaşı Dr. Edvard Tsuqanovun birgə işi vahid foton aşkar etmə rejimində işləmək qabiliyyəti olan mikro-piksel kütlələi fotodiodların iki yeni növünün (MKFD) kəşfi ilə nəticələndi. Bu yeni MKFD növləri indi kommersiya baxımından inkişaf etdirilərək şüalanmaya nəzarət və tibbi rentgenlər üçün istifadə edilir.

Sosioloji tədqiqat: Zənginləşdirilmiş Neft Hasilatı Səmərəsi
AMEA Riyaziyyat və Mexaniki institutu əməkdaşı Dr. Geilani Pənahov və Meksika Dağ-Mədən işləri və Texnologiyası İnstitutu əməkdaşı Dr. Sayavur Bəxtiyarovun əməkdaşlığı neft və qaz hasilatı əməliyyatları zamanı texnoloji proseslərdə istifadə üçün viskoelastik sistemlərin işçi tətbqinin kəşfi ilə nəticələndi. Bu sistemlər neft hasilatını zənginləşdirəcək, səmərinin artmasına və daha səmərəli nəqliyyat və emal proseslərinə nail olmağa imkan verəcək.








