ANSF

  • Increase font size
  • Default font size
  • Decrease font size
  • default color
  • black color

Biliyə əsaslanan iqtisadiyyatın yaradılması

E-mail Print PDF

Öz Elmi və Texnoloji Sahibkarlıq Proqramı vasitəsilə MTİF yerli tədqiqatçılara işgüzar təlim təchiz edir və öz potensial şəriklərinə yerli işgüzar icmanı təqdim edir. Buna əlavə olaraq, bu proqram Azərbaycan sahibkarları/şirkətlərinin işgüzar planlarının peşəkar yoxlanışlarını təmin etməklə, dəqiq təqdimatlar, prospektiv texnologiyalarının icmalını hazırlamağa yardım etməklə və öz konsepsiyalarını beynəlxalq sərmayəçi auditoriyası və potensial strateji işgüzar şəriklərin qarşısında təqdim etmək üçün təlim keçməklə onların iş təcrübəsini dəstəkləyən təhsil mühiti təklif edir. Təlimin keçirilməsinə amerika mütəxəssisləri cəlb ediləcək.

 


MTİF yerli tədqiqarçı və sahibkarlara yeni texnologiyaları birgə inkişaf etdirməyə imkan vermək üçün 20,000 ABŞ dollara bərabər 4 qrant ayırdı.

MTİF həmçinin Azərbaycan alim və mühəndislərinə cəmi 28,000 ABŞ dollarına bərabər 10 səyahət qrantı verərək, onlara mümkün fərdi sektor əməkdaşları ilə görüşmək və texnologiyanın ötürülməsini idarə, maliyyə və biznesin inkişafı məsələlərinə dair təlim almaq üçün ABŞ-a getmələrinə imkanı verdi.

Sosioloji tədqiqat: Neft sənayesi və ətraf mühitin mühafizəsi üzrə T/İ əməkdaşlığı


2004-cü ildə MTİF neft, qaz və ekoloji sektor üçün novator texnologiyaları təqdim edə biləcək alimlər və sahibkarlar üçün kommersiyalaşdırılmış seminarlar təşkil etdi. Sahibkarlıq mərkəzi (BP sponsorluq etdiyi mənfəətsiz təşkilat) və Ukraynanın Elm və Texnologiya Mərkəzi bu seminar üçün əlavə sponsorluq təmin etdi. Seminarın təxminən 35 iştirakçısı Azərbaycandan, digər yeddisi isə Xəzər regionundan idi. Seminarda kommersiyalaşdırma prosesi, əsas işgüzar fəaliyyət, neft, qaz və ekoloji sektorların imkanları əhatə edildi. İştirakçılar BP və Xəzər Qazma Şirkəti kimi aparıcı şirkətlərdən hasilat və ətraf mühitin bərpası texnologiyalarına dair təlim aldılar. PetroChem, Total Energy və Geologiya İnstitutundan sahibkarlar neft, qaz və ekoloji menecerlər, o cümlədən təchizat şöbəsinin menecerləri ilə görüşdü və texnologiya və hasilat sahəsində novatorluğun qarşılaşdığı çətinliklərə və tələblərə dair məlumat aldı. Buna əlavə olaraq, iştirakçılara sənayenin son mənfəəti üçün nəzərdə tutulmuş novatorçu layihələri maliyyələşdirən MTİF və digər uyğun qrantlar üçün ərizə vermək üsullarına dair təlim keçdilər.

Sosioloji tədqiqat: MTİF elmi sənaye ilə birləşdirdi; Dr. Feyzullayevə səyahət qrantı


AMEA Geologiya İnstitutunun əməkdaşı Dr. Əkpər Feyzullayevə verilmiş səyahət qrantı ona Amerika Neft Geoloqlarının Assosiasiyasının illik yığıncağında iştirak etmək imkanı verdi. Konfransdan sonra alimlər Enerji və Geoloji elmlər instritutunun sponsorluq etdiyi Mərkəzi Xəzər Sənaye Konsorsiumu Layihəsinin 2-ci Mərhələsində iştirak üçün Yuta ştatına getdilər. Orada Dr. Feyzullayev BP, Şevron Texaco, ConocoPhillips, Petronoas, Occidental, Statoil, Shell və Wintershall şrikətlərinin nümayəndələri ilə görüşdü.

Sosioloji tədqiqat: İşgüzar-Elm Əməkdaşlığı; Günəşlə qidalanan datçiklər


Fizika İnstitutunun əməkdaşı  Dr. Nuru Səfərov fərdi elmi və texnoloji tədqiqatlar şirkəti Qafqaz Ltd. ilə əməkdaşlıq edərək işıqlanmaya avtomatik nəzarət üçün yeni yarımkeçirici qurğusu təklif etdi. Bu qurğuların ötürücüləri günəş enerjisi ilə işləyərək yüksək səmərəni təmin edir. Hal-hazırda istifadə edilən avtomatik işıqlandırma açarlarının bəzi mənfi cəhətləri var, məsələn onlar quruluş və texnoloji baxımdan mürəkkəbdir, onlar bahalıdır və s. Günəş enerjisindən istifadə səmərəni həddindən artıq artırır və qurğunun dəyərini aşağı salır. Bu yeni məhsul elektrik zəncirlərinə nəzarət edən qurğunun həssasslığını artırmaqla, elektrik enerjisinin istehlakını azaldır. Qrup ABŞ bazarında bu məhsulun satışından əldə ediləcək gəlirin 14-15 milyon ABŞ dollarına çatacağını ehtimal edir.

Share/Save/Bookmark