MTİF Elm və Texnologiya üzrə Sahibkarlıq Proqramı
ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF) 2010-cu ilin 1-2 iyul tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, AMEA-nın Prezidiumun binasında, 10 komanda üçün (hər komandada 1-2 iştirakçı olmaqla) Texnoloji Sahibkarlıq Seminarı keçirəcək. Seminarda iştirak etmək üçün son Müraciət Tarixi 18 iyun 2010-cu ildir.
Seminar müsabiqə baxımından öz yeni kəşflərindən mənfəət götürmək və məhsuldar müəssisələrini inkişaf etdirməkdə maraqlı olan alimlər, mühəndislər, ixtiraçılar, tədqiqatçılar və texnoloji sahibkarlar üçün açıqdır. Ərizə formaları nəzərdən keçiriləcək və seminar iştirakçıları aşağıdakı Uyğunluq və Qiymətləndirmə Meyarları Proqramına əsasən müəssisə rəhbəri və sahibkarlar siyahısına əsasən seçiləcəkdir.








