15 dekabr 2009-ci il tarixdə, saat 10:00-da (yerli vaxtla) Azərbaycan Milli Elm Fondu (AMEF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF), AMEF-in irəli sürdüyü Bakıda müasir tədqiqat mərkəzinin yaradılması təşəbbüsünü açıqlamaq məqsədi ilə “İnkişaf və İnnovasiya: İnnovativ Tədqiqatlar üçün Elmi Mərkəz (İTEM) ” adlı konfransa ev sahibliyi edəcəklər.
Tədbir AMEA-nın İstiqlaliyyət küçəsi, 10 ünvanında yerləşən Rəyasət Heyətinin binasında keçiriləcəkdir.
Konfransda MTİF-in Baş Proqram Rəhbəri Dr.Charles Dunlap-ın, AMEF-in Direktoru Fuad İsmayılovun, Azecolab-ın Direktoru Bəhruz Süleymanovun və Azərbaycanın elm və texnologiya sahəsinin digər tanınmış simalarının çıxışları gözlənilir.
İTEM-in təşəbbüsü haqqında
Azərbaycan Hökuməti və MTİF, AMEA-nın Radiasiya Problemləri İnstitutunda yerləşən laboratoriya kimi fəaliyyət göstərən və MTİF tərəfindən maliyyələşdirilən Azərbaycan Ekologiya Laboratoriyası (AzEcoLab) ilə əməkdaşlıq etməklə İnnovativ Tədqiqatlar Elmi Mərkəzinin (İTEM) yaradılması məqsədi güdən AMEF-in təşəbbüsünə müvafiq şəkildə yardım etmək məqsədilə 142,000 Azərbaycan manatı və 50,000 ABŞ dolları məbləğində yatırım etmişlər.
İTEM aparıcı Azərbaycan alimlərinin bərpa olunan enerji, biotexnologiya, kənd təsərrüfatı, ekologiya və ölkədə mövcud olan digər ümdə məsələlərin həll edilməsi üçün fəaliyyət göstərəcəkləri ən son elmi avadanlıqlarla təchiz edilmiş müasir mərkəzə çevriləcəkdir. Mərkəzdə çalışan alimlər ən çox ehtiyac duyulan tətbiqi tədqiqat və analitik işlərin aparılması üçün yerli və xarici təşkilatlardan (habelə Azərbaycan Hökumətindən və biznes fəaliyyəti ilə məşğul olan yerli təşkilatlardan) aldığı sifarişlərini qəbul edə biləcəklər. İTEM, həmçinin sahibkarlıq və kommersiya sahəsi üzrə treninqlər də təklif edəcəkdir.
Tədbirdə iştirak üçün qeydiyyatdan keçmə qaydası
Tədbirdə iştirak üçün, zəhmət olmasa Səfa Hacıyev ilə telefon (497-15-26), yaxud e-poçt ( This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it ) vasitəsilə əlaqə saxlayın.
AMEF haqqında
AMEF Azərbaycan Respublikası Mülki Məcəlləsi və Konstitusiyasına əsasən fəaliyyət göstərən özəl, qeyri-hökumət təşkilatıdır. AMEF-in məqsədi elmi-tədqiqat layihələrinə maliyyə və texniki dəstək verməklə Azərbaycan elmini inkişaf etdirməkdir. AMİF haqqında daha ətraflı məlumatı http://www.ansf.az İnternet saytında əldə edə bilərsiniz.
MTİF haqqında
ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu (MTİF) ABŞ konqresi tərəfindən dəstəklənən və 1995-ci ildə ABŞ Milli Elm Fondu tərəfindən yaradılan təşkilatdır. Bu təşkilat, texniki resurslar və treninqlər vasitəsi ilə beynəlxalq elmi-texniki əməkdaşlığı dəstəkləyir.








