Konfransın məqsədi şirkətlər və tədqiqatçı/alim qrupları arasında tədqiqat və inkişaf əməkdaşlığını həvəsləndirməklə hər iki tərəf üçün iqtisadi mənfəətin yeni işgüzar imkanlarını yaratmaqdır. Seminar 50 alimi bir yerə topladı.
Konfransda ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun CIB&I Baş Proqram Meneceri Natalya Pipia, Proqram Menecerinin Köməkçisi Meqqi Sobotka və Texnologiyaların İstehsal Tətbiqi üzrə Baş Əlaqələndiricisi Skot Makfarleyn iştirak edirdi.








