ANSF

  • Increase font size
  • Default font size
  • Decrease font size
  • default color
  • black color

Akademik H. Abdullayev adına mükafat

A kademik H. Abdullayev adına mükafat

E-mail Print PDF
Azərbaycan Milli Elmlər AkademiyasıAzərbaycan Milli Elmlər Fondu

Akademik H. Abdullayev adına mükafat

Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Fondu birgə akademik H. Abdullayev adına 2008-ci il mükafatını élan edirlər.

Akademik H. Abdullayev adına mükafat görkəmli alim, Azərbaycan ali texnoloji inkişaf məktəbinin yaradıcısı Həsən Məmmədbağır oğlu Abdullayevin 90 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının 21/72 saylı 17 oktyabr 2003-cü il tarixli Fərmanı ilə təsis edilmişdir. Bu mükafat fizika, biofizika, yüksək texnologiya və oxşar elmi sahələrdə samballı elmi məqalələrin müəllifləri olan elmlər dktorlarına, elmlər namizədlərinə, aspirantlara, fizika fənni üzrə tələbələrə və respublika və beynəlxalq Olimpiadaların qaliblərinə verilir

Akademik H. Abdullayev adına Mükafat Komitəsinin qərar ına əsasən Azərbaycan Milli Elmlər Fondu aşağıda verilmiş meyarlar əsasında təklifləri qiymətləndirəcək:

• hər biri 1000 (bir min) manata bərabər iki mükafat – elmlər doktorlarına və aspirantlara;

• hər biri 300 (üç yüz) manata bərabər dörd mükafat – aspirantlara

• hər biri 100 (yüz) manata bərabər altı mükafat – tələbələrə və Olimpiada qaliblərinə

• 2008-ci ildən etibarən Komitə Həsən Məmmədbağır oğlu Abdullayevin həyat və fəaliyyətinə həsr edilmiş ən yaxşı məqalənin müəllifinə 1000 (min) manata bərabər mükafat ayırmışdır.

Qaliblər pul mükafatı ilə yanaşı “Akademik H. Abdullayev mükafatının qalibi” adlı diploma da alacaqlar.

Təqdimat Prosesi
Mükafat üçün sənədlər Azərbaycan Respublikasının dövlət orqanları və təşkilatları, beynəlxalq və ictimai təşkilatlar, tədqiqat şuraları tərəfindən təqdim edilə bilər.

Sənədlərin son təqdim edilmə tarixi 31 may 2008-ci il saat 18:00

Müsabiqənin nəticələri 2008-ci ilin oktyabr ayında elan ediləcək

Tamamlanmış sənədlər Azərbaycan Milli Elmlər Fonduna təqdim edilməlidir. İştirakçılar aşağıdakıları təqdim etməlidir :

- təşkilatların öz namizədlərinə verdiyi ərizə (Ərizə nominasiyanı əsaslandıracaq və təqdim edilən işə dair ictimai fikri ifadə edəcək. İştirakçının tam adı dəqiq göstərilməlidir. Ərizə Təşkilatın Səlahiyyətli Nümayəndəsi tərəfdən imzalanmalı və möhür vurulmalıdır)

- iştirakçıların seçilməsi ilə əlaqədar yığıncağın protokolu;

- hər bir namizədin iş təcrübəsinə və təhsilinə dair qısa məlumat;

- layihəyə uyğun gələn elmi publikasiyaların (məqalələrin) siyahısı

Sənədlər şəxsən aşağıdakı ünvana çatdırılmalıdır:

Akademik H. Abdullayevin adına Mükafat Komitəsi

Azərbaycan Milli Elmlər Fondu

İstiqlaliyyət küçəsi, 10

Bakı şəhəri, AZ1001, Azərbaycan

Keçmişdə hər hansı bir mükafata layiq görülmüş və ya hər hansı qrantı almış elmi işlər bu mükafat üçün təqdim edilməməlidir.

 Həsən Abdullayev adına mükafat Az