Azərbaycan Milli Elm Fondu və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu
Elm və Texnologiya Sahibkarlığı Proqramı
Azərbaycan Milli Elm Fondu (AMEF) tərəfindən həyata keçirilən və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu (MTİF) tərəfindən maliyyələşdirilən İşgüzar Əməkdaşlıq Proqramı (İƏP) şirkətlər və tədqiqatçı və alimlər (Elmi qruplar) arasında tədqiqat və inkişaf (T/İ) əməkdaşlığını həvəsləndirməklə hər iki tərəf üçün iqtisadi mənfəətin yeni işgüzar imkanlarını yaradır.
İƏP MTİF-n Elm və Texnologiya Sahibkarlığı Proqramı (ETSP) çərçivəsində aparılır. ETSP gəlir gətirməyən təşkilatların elmi-işgüzar cəmiyyəti yaradan elementlərin qabaqcıl silsiləsi üzərində işlərini maliyyələşdirir. İstənilən il ərzində aparılan bir və ya bir neçə ETSP hadisələrinə misal olaraq tədbir konfranslarını göstərmək olar. Konfransda seçilmiş elmi-işgüzar qruplar İƏP qrantları üçün öz layihələrini təqdim edə bilərlər. İƏP qrantları bir qrupda olan alimlərin müəyyən elmi-işgüzar layihə üzərində şərik şirkətləri ilə birgə çalışmasına yardım edəcək vəsaitləri təmin edir.
İƏP layihələrinin əsas məqsədi tədqiqat və inkişaf (T/İ) olmaqla, buraya bazarın ilkin qiymətləndirilməsi, müştəri tələblərinin təhlili və işgüzar inkişaf elementləri daxil olmalıdır. Seçmə prosesində gəlir yaratma qabiliyyətini və/və ya maliyyələşdirmə məqsədilə qeyri-AMEF mənbələrini cəlb etmə qabiyyətini nümayiş etdirən layihələrə üstünlük veriləcək. Layihələrin bütün məqsədləri və nəticələri aydın müəyyən edilməli və ölçülməsi mümkün olmalıdır








